"Bank of Baku"ya yeni sədr təyin olunub
Bank of Baku" ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.
"Paralel.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, Həsən Quliyevdir.
O, indiyə qədər İH sədrinin I müavini olub və yeni vəzifəsində Filiz Yunus Emreni əvəz edib.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.