Buzlaqlar və bitki örtüyü yoxa çıxır - İqlim dəyişir

Buzlaqlar və bitki örtüyü yoxa çıxır - İqlim dəyişir
 

Peruda buzlaqların sahəsi 1985-2022-ci illər arasında təxminən yarıya qədər azalıb.

Paralel.az Welt telekanalına istinadla xəbər verir ki, paytaxt Limada yerləşən "Bien Comun" institutunun direktoru Piana Renzo buzlaqların azalmasının 48 faizə yaxın olduğunu və bunun iqlim dəyişikliyi səbəbindən baş verdiyini bildirib. Alimin sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində, həmçinin dörd milyon hektardan çox bitki örtüyü məhv olub.

Bitki örtüyünün azalması təbii ekosistemlərə və əhalinin güzəranına, buzlaqların əriməsi isə And icmalarının su təchizatına mənfi təsir göstərir.

Qeyd edək ki, dünyanın tropik bölgələrində yerləşən buzlaqların təxminən 70 faizi Peru ərazisindədir.

 

0.016860961914062