NATO süqut edəcək - "Politico"dan ŞOK

NATO süqut edəcək -
 

Avropa İttifaqı öz təhlükəsizliyini təmin etmək üçün artıq ABŞ-a arxalana bilməz. Amerikada prezident seçkilərinin nəticəsi yalnız NATO-nun nə qədər tez parçalanmasını müəyyən edəcək.

Paralel.az xəbər verir ki, bu fikir “Politico” qəzetinin Avropa versiyasının müxbiri Metyu Karniçniqə məxsusdur.

“İndiki mərhələdə Birləşmiş Ştatlarda seçkilərin nəticəsinin demək olar ki, əhəmiyyəti yoxdur. Avropa tək qalıb. Səsvermənin nəticələri NATO-nun nə qədər tez süquta uğrayacağı sualına cavab verə bilər”, - deyə Metyu Karniçniq yazıb.

Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq uğrunda mübarizə aparan Donald Tramp fevralın 10-da Cənubi Karolinada tərəfdarları qarşısında çıxış edərkən NATO liderləri ilə görüşlərindən birini xatırladıb. Onun sözlərinə görə, görüşdə prezidentlərdən biri alyansa müdafiə töhfəsi verməyən ölkəyə Rusiyanın hücum edəcəyi təqdirdə NATO-nun həmin ölkəni müdafiə edib-etməyəcəyi barədə sual verib. Trampın cavabı belə olub ki, alyans belə bir ölkəni müdafiə etməyəcək və hətta Rusiyanı buna təşviq edəcək. Sabiq prezident dialoqun nə vaxt və harada baş tutduğunu, bu sualı ona hansı liderlərin verdiyini açıqlamayıb.

 

 

0.012435913085938