Makron Ukraynaya səfərini təxirə saldı

Makron Ukraynaya səfərini təxirə saldı
 

Fransa prezidenti Emmanuel Makron Ukraynaya səfərini təxirə salıb.

Paralel.az xəbər verir ki, bu barədə Challenges nəşri məlumat yayıb.

Bildirilib ki, Makron Ukrayna səfərini təhlükəsizlik səbəbi ilə təxirə salıb.

Nəşrin yazdığına görə, Fransa prezidentinin bu qərarı ukraynalı diplomatlar üçün gözlənilməz olub. Çünki, Makronun fevralda Ukraynaya səfəri zamanı təhlükəsizlik təminatlarına dair ikitərəfli sazişin imzalanacağını elan edəcəyi gözlənilirdi.

 

0.015811920166016