Tramp pulsuz yardımı dayandırmağa çağırdı

Tramp pulsuz yardımı dayandırmağa çağırdı
 

Rəsmi Vaşinqton hər hansı bir ölkəyə təmənnasız yardım göstərməkdən imtina etməli və vəsaiti müstəsna olaraq kredit şəklində ayırmalıdır.

Bu fikri Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürmək istəyən ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Məni eşidirsən, Senat? Bundan sonra heç bir xarici yardım pulu borc olaraq deyil, qrant olaraq verilmədikcə heç bir ölkəyə təqdim olunmamalıdır. Şərtlər qeyri-adi dərəcədə əlverişli ola bilər, məsələn, faizsiz və əbədi olaraq, amma bu hələ də borc olmalıdır”, - o, bildirib.

Tramp əmindir ki, ABŞ “artıq özünü axmaq aparmamalıdır” və lazım gələrsə, kreditin qaytarılmasını tələb edə bilməlidir.

 

0.019794940948486