Tehranla İrəvan arasında gərginlik: Tehrandan İrəvana sərt təpki

Tehranla İrəvan arasında gərginlik: Tehrandan İrəvana sərt təpki
 

Ermənistan hakimiyyəti müttəfiqlərinə qarşı təhlükəli oyununu davam etdirməkdədir. İrəvan müttəfiqi Rusiyanın ardınca   növbəti təhlükəli oyununu bu dəfə  İrana qarşı başlayıb. Artıq bunun nəticəsidir ki, Ermənistanla İran  arasında diplomatik qalmaqal getdikcə dərinləşməyə başlayır. Buna səbəb isə Ermənistan hakimiyyətə yaxın qərbpərəst  ekspertlərin və medianın  iran öz ərazisindən Hindistan silahlarının İrəvana ötürülməsinə icazə vermədiyi barədə məlumatlar yayması olub.
Bu məsələ bir neçə gün öncə İranın Ermənistandakı səfiri Mehdi Sübhani ilə bir qrup ekspert və jurnalistlərin görüşü  zamanı da müzakirə edilib.  Görüşdə  Tehranın  Ermənistan-Hindistan hərbi əməkdaşlığına mane olması barədə məsələ qaldırılıb.  Lakin iranlı diplomat bunu nə təsdiq edib, nə də inkar. Sadəcə bəyan edib ki, Tehran  Ermənistanın güclənməsini dəstəkləyirik və bunda maraqlıdır.  O, həmçinin vurğulayıb ki, İran hökuməti regionda qüvvələr balansının sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcəyinə inanır. "Bu şərçivədə biz  Ermənistanda sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək hər cür yardımı göstərməyə hazırıq”. 
İran səfiri ilə keçiirlən bu gərgin görüş erməni  siyasi cameəsində və mediasında  da rezonansa səbəb olub. 
"Hraparak"ın yazdığına görə, bu  görüşdən sonra İran tərəfi   yaranmış vəziyyəti Ermənistan hakimiyyəti ilə sərt şəkildə müzakirə edib. Nəşr yazır ki, Tehran tərəfi  İrəvandan ölkəyə silah tədarükündəki əngəllərlə bağlı bu məlumatın mediaya və ekspert sahəsinə necə və kim tərəfindən yayılması ilə bağlı izahat tələb ediblər. Rəsmi Tehran bu kimi məsələlərin mətbuatın və ekspertlərin deyil, dövlət qurumlarının və onların rəhbərlərinin müzakirəsi çərçivəsində olmasından hiddətləndiyini bildirib. Lakin biz həmin məlumatın necə ictimaiyyətə açıqlandığını öyrənə bildik. Heç kimə sirr deyil ki, hökumətin himayəsi altında fəaliyyət göstərən ekspert dairələri və QHT-lər mütəmadi olaraq Ağveranda və ya Tsaghkadzorda qapalı müzakirələr təşkil edir. Bu müzakirələrdə hökumət nümayəndələri və seçilmiş media nümayəndələri də iştirak edirlər. Hakimiyyət bu müzakirələrlə həmin çevrələrdə hansı əhval-ruhiyyənin üstünlük təşkil etdiyini araşdırır və öz istədiklərini bu sahəyə yönəldirlər. Belə müzakirələrin birində, təxminən iki həftə əvvəl  Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, İran ğz ərazisindən Hindistan silahlarını Ermənistana ötürülməsinə  icazə verməkdən imtina edir. Tehran bunu belə  əsaslandırır ki, hərbi əməliyyatlar olacağı təqdirdə sərhədlərimizi qoruya bilməzsiniz.  Tehran tələb edir ki,  İrəvan Rusiyadan imtina etdiyinə görə, onların əvəzinə Zəngəzurda İranın hərbi mövcudluğuna icazə verilməlidir. Ona görə də ermənilərin İranın tələbləri ilə razılaşmaqdan başqa çarəsi yoxdur. Silahların ötürülməsini qadağan edən İran həm də Ermənistanın xilasının ondan asılı olduğunu göstərir", -nəşr yazır.
Qeyd edək ki, ötən il Gürcüstan ərazisindən silah daşınması məsələsində də Ermənistan müəyyən maneələrlə üzləşib. Fransadan alınan silahlar Ermənistana buraxılmayıb. 
"Hraparak onu da yazır ki,  Qriqoryan qərbli ağalarının tələbi ilə Rusiyaya qarşı kampaniyanı uğurla həyata keçirdikdən sonra indi anti-İran əhval-ruhiyyəsi yaratmaqla  münasibətləri kəsməyə  hazırlaşır.
Ümumiyyətlə son dövrlərdə İrəvanın Qərbə ciddi şəkildə meyllənməsi Tehranın ciddi qıcığına səbəb olduğundan Ermənistan qarşı təzyiq kampaniyasını artırmaqdadır. Bu da İrəvanla Tehran aarsında münasibətlərin getdikcə daha kəsin xarakter alacağını göztərir.
 

 

 

0.015672922134399