25 min litr fransız şərabını küçəyə tökdülər

25 min litr fransız şərabını küçəyə tökdülər
 

İspaniyanın Syudad-Real əyalətində keçirilən etiraz aksiyasında fermerlər 25 min litrdən çox fransız şərabını küçəyə töküblər.

Etiraz aksiyasında bölgə iqtisadiyyatının ən mühüm sahəsinin müdafiəsi üçün çıxış edən 400-dən çox fermer traktorla iştirak ediblər.

Şərab İspaniyanın hidroloji siyasətinə etiraz olaraq küçələrə dağıdılıb. Fermerlər kənd təsərrüfatı sektorunun yaşadığı kritik vəziyyəti də dilə gətiriblər.

Fevralın 6-da İspaniyanın müxtəlif yerlərində fermerlərin etirazları başlayıb. O vaxtdan bəri traktora minən etirazçılar ölkənin bir sıra magistral yollarında nəqliyyatın hərəkətini çətinləşdirib. Aksiyada 10-dan çox adam saxlanılıb, 1 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Fermerlər diqqəti sektorun düşdüyü çətin vəziyyətə yönəltməyə çalışır və Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar. Fermerlər aksiyaların önümüzdəki həftələrdə də davam edəcəyini açıqlayıblar.

 

0.014472007751465