"Erməni xalqı nə istəyir...?- Paşinyan

 

"Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeyləri başa düşürlər".

"Paralel.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Müstəqilliyimizin ilk illərindən başlayaraq hadisələrin sonrakı inkişafı ilə bitən faciəvi şəraitə görə indi əlimizdə olan nəhəng məlumatları emal etməli və dərk etməliyik", - o qeyd edib.

"Erməni xalqı nə istəyir? Erməni xalqı Argentinada, ABŞ-də, Rusiyada, İranda, İsraildə yaşayır. Orada yaşayan erməni xalqının arzularının eyni olduğuna əminikmi? Əgər buna əminiksə, o zaman bu harada formalaşıb?
Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı sülhdən danışırıq? Bu. Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur."

 

 

0.024286031723022