Rusiyanın suriyalı muzdlular əməliyyatı: pasport və göndərilmə - FOTO 

Rusiyanın suriyalı muzdlular əməliyyatı: pasport və göndərilmə - FOTO 
 

Rusiya Ukraynaya qarşı müharibə üçün Suriyada muzdlular cəlb edir.

"Paralel.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi bildirilib.

Qeyd edilir ki, onlara Rusiya pasportları sürətləndirilmiş prosedurla verilir .

Kəşfiyyat məlumatlarına görə, Hələb şəhəri yaxınlığındakı Suriya ərazisində və Kuveyres aerodromunda təlimlər keçirilir. Birinci dəstə (təxminən min muzdlu) şəhər ərazilərində döyüş əməliyyatlarının aparılmasına diqqət yetirməklə təlim keçir.

Təlimlər başa çatdıqdan sonra yaraqlılar Xmeymim aviabazasına, oradan isə Rusiyaya aparılacaq. Gələn kimi onlara Rusiya pasportları verilir və sonra orduya səfərbər olunur.

Baş Kəşfiyyat İdarəsi suriyalılara beş gün ərzində Rusiya pasportlarının verildiyi video yayımlayıb.

 

0.013615131378174