Qaçaqmalçılıq faktı 50 faizdən çox artıb

Qaçaqmalçılıq faktı 50 faizdən çox artıb
 

Ötən il 189 qaçaqmalçılıq faktı aşkarlanıb.

Bu əvvəlki illə müqayisədə 53.6% çoxdur.

Bundan başqa 97 narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar fakt, 33 gömrük ödənişlərinin ödənilməsindən yayınma faktları, 130 aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə faktları, 1 355 digər cinayət xarakterli faktlar aşkarlanıb. 

Bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 26%, 2.2 dəfə, 7.6 dəfə, 2.4 dəfə çoxdur.

Qeyd edək ki, keçən il bu əməlləri törədən şəxslərin sayı 1698 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 2.4 dəfə çoxdur.

0.019870042800903