ABŞ İsrail layihəsinə rədd cavabı verdi - RƏSMİ QƏRAR

ABŞ İsrail layihəsinə rədd cavabı verdi - RƏSMİ QƏRAR
 

ABŞ Konqresinin aşağı palatası İsrailə yeni yardım layihəsini rədd edib.

Paralel.az xəbər verir ki, fevralın 6-da ABŞ Konqresinin respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası “İsrailin təhlükəsizliyi üçün əlavə vəsait ayrılması haqqında” yeni qanun layihəsini qəbul etməyib. 

Bəzi respublikaçılar əleyhinə səs verib, bununla da bu sənədin əleyhdarları olan demokratlara qoşulub.

Əsas səbəb yardımın yalnız İsrailə ayrılması və Ukraynaya maliyyənin olmamasıdır.

Qanun layihəsində "İsrailə qarşı hücumlara cavab vermək" üçün Pentaqona və Dövlət Departamentinə 17,6 milyard dollar ayrılması nəzərdə tutulurdu. 

Noyabrın 2-də Nümayəndələr Palatası demokratların nəzarətində olan Senat (yuxarı palata) və prezident tərəfindən nəzərdən keçirilməyən 14,3 milyard dollar dəyərində oxşar qanun layihəsini qəbul edib. Buna səbəb Ukraynaya yardımın olmamasıdır. 

Yuxarıdakı sənəd aşağı palata tərəfindən qəbul edilsəydi, onu da eyni aqibət gözləyirdi.

 

0.011250972747803