"Qayınanamı saçlayıb, qoydum yerə" - VİDEO

 

Müğənni Nüşabə Musayeva açıqlaması ilə gündəmə səs salıb.

Sənətçi qonaq olduğu Həmin Zaur verilişində qayınanası ilə münasibətlərindən söz açıb.

Nüşabə bildirib ki, qayınanasına ona sataşdığına görə əl qaldırıb, döyüb:

"Mən qayınanamı döymüşəm. Mənə sataşdı, çoz pis söz dedi... O zaman mən uşaq idim, 16 yaşım vardı. Qayınanamı saçlayıb, qoydum yerə. Amma indi onunla dostuq. O deyir ki, "sən gərək dözərdin", mən isə deyirəm ki, sən gərək məni yola verərdin. 

Mənə əl uzatdığı üçün onun saçını yoldum. Böyük-böyüklüyü, uşaq da uşaqlığını edər. Ərimi evdə heç tapmırdım. Tapmadığıma görə də evdən çıxıb getdim".

©Bizim.media

 

0.76553797721863