Putinlə müsahibə anonsu rekord vurdu: 60 milyondan çox baxış - VİDEO

Putinlə müsahibə anonsu rekord vurdu: 60 milyondan çox baxış - VİDEO
 

Amerikalı jurnalist Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putindən müsahibəsinin anonsuna üç saat ərzində 60 milyondan çox baxılıb.

Ölkə.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Karlson Moskvanın tarixi simvolları fonunda videomüraciət yayımlayıb və Putindən müsahibə almaq niyyətində olduğunu bəyan edib. Jurnalist qeyd edib ki, amerikalılara Rusiya və Ukraynada baş verən hadisələri daha dolğun başa düşmək lazımdır. O, həmçinin Ağ Evin iki dəfə müsahibənin baş tutmasına mane olmağa çalışdığını iddia edib.

 

 

 

0.015969038009644