Türkiyəli astronavtın Yerə qayıdış tarixi bəlli oldu

Türkiyəli astronavtın Yerə qayıdış tarixi bəlli oldu
 

Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu "Dragon" Kosmik gəmisi və Axiom-3 (Ax-3) komandasının yerli vaxtla 18:05-də Yer kürəsinə qayıdışı planlaşdırılır.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “SpaceX” sosial media platformasında bəyanat yayıb.

Yerə geri dönüşün 12 saat çəkəcəyi gözlənilir.

Atmosferə girdikdən sonra sürtünmə səbəbindən yavaşlayacaq Dragon kapsulu paraşütlər açıldıqdan sonra yerə enəcək.

Planlaşdırılan enişin ABŞ-nin Florida ştatının şərqində Atlantik okeanında və qərbdə Meksika körfəzində yerləşən 7 potensial eniş nöqtəsindən birində həyata keçiriləcəyi gözlənilir.

Günay

 

0.033907890319824