Məhkəmə Arestoviçi qiyabi həbs etdi

Məhkəmə Arestoviçi qiyabi həbs etdi
 

Moskvanın Basmannı rayon məhkəməsi Ukrayna prezidentinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviçi qiyabi həbs edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəssinin 2-c hissəsi ("terrorçuluğa ictimai çağırışlar") və 207.3-cü maddəsinin 2-ci hissəsinin "d” bəndi ("Rusiya Federasiyasının silahlı qüvvələri haqqında bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması") ilə ittiham olunur.

Bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Aretoviç faktiki saxlandığı, Rusiya Federasiyasının ərazisinə ekstradisiya və ya deportasiya edildikdə isə Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan etibarən iki ay müddətinə həbs ediləcək. 

Xatırladaq ki, Aleksey Arestoviç 2023-cü il yanvarın 17-də Ukrayna prezidentinin ofisinin müşaviri vəzifəsini "prinsipal səhv”ə görə tərk edib. Ötən il martın 18-də Rusiya Daxili İşlər Nazirliyi Arestoviçi axtarışa verib.

 

0.011852979660034