Naxçıvanda 2 məktəb tikiləcək

Naxçıvanda 2 məktəb tikiləcək
 

Naxçıvan şəhərində 2 tam orta məktəb və 1 məktəbəqədər təhsil müəssisəsi tikiləcək.

“Ölkə.Az”ın məlumatına görə, Naxçıvan MR Təhsil Nazirliyi təhsil müəssisələrinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb. 

Məktəblərin 650 və 1000 şagird yerlik, məktəbəqədər təhsil müəssisəsinin 315 yerlik olması nəzərdə tutulub.

203 min manatlıq layihələr “Era Design Group” MMC ttərəfindən hazırlanacaq.

Könül
Ölkə.Az

 

0.027837038040161