"Grammy"də 3 mükafat qazanan repçi həbs edildi - VİDEO

 

Bu il Los-Ancelesdə keçirilən 66-cı “Grammy” mükafatlandırma mərasimində üç mükafat qazanan məşhur reper Killer Mayk səhnədən enən kimi əlləri qandallanaraq polis bölməsinə aparıllb

Məşhur reperin mərasimə saatlar qalmış arenada işləyən mühafizəçi ilə dava etdiyi bildirilib.

Maykın sözçüsü məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Killer Mayk “Grammy” mərasimində ən yaxşı rep mahnısı, ən yaxşı rep performansı və ən yaxşı rep albomu mükafatı qazanıb.

Günay 

 

0.020971059799194