Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilmə müddəti başa çatdı - MSK

Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilmə müddəti başa çatdı - MSK
 

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb. 

“Seçki-2024.az” xəbər verir ki, prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib.

Belə ki, qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək başa çatır.

 

0.01624321937561