BMT ABŞ-ın hava zərbələrindən narahatdır

BMT ABŞ-ın hava zərbələrindən narahatdır
 

BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-ın İraq və Suriyaya endirdiyi hava zərbələrindən sonra Yaxın Şərqdə münaqişənin mümkün kəskinləşməsindən ehtiyat edir.

Bu sözləri dünya təşkilatının rəhbərinin nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Quterreş münaqişənin bütün tərəflərini beynəlxalq gərginliyi azaltmaq üçün səy göstərməyə çağırıb.

“Baş katib eskalasiya risklərindən narahatdır. O, bütün tərəfləri gərginliyi azaltmaq üçün konkret tədbirlər görməyə çağırır”.

BMT rəhbəri həmçinin münaqişənin genişlənəcəyi təqdirdə mümkün insan və iqtisadi itkiləri nəzərə almağa çağırıb.

 

0.011121034622192