Gözlənilməz dəyişikliklərə hazır olun - Həftəsonu...

Gözlənilməz dəyişikliklərə hazır olun - Həftəsonu...
 

Ulduzlar bəzi bürclər üçün bu həftə sonu yeni təcrübələr hazırlayır, digərləri isə sağlamlıqlarının qeydinə qalmalıdır. Gələcək layihələri planlaşdırmaq və hədəflər üzərində düşünmək üçün də yaxşı vaxtdır.

Astroloq Angela Pearlın bu həftə sonu üçün verdiyi ulduz falını təqdim edir.

Qoç

Həftə sonları Qoçlar istirahətə və əyləncələrinə fikir verməlidirlər. Öz hobbilərinizlə məşğul olmaq və ya yaxınlarınızla vaxt keçirmək üçün əla vaxtdır. Ulduzlar yeni təcrübələrə və gözlənilən romantik tanışlıqlara açıq olmağı məsləhət görürlər.

Buğa

Həftə sonu ünsiyyət baxımından Buğalar üçün əlverişli olacaq. Dostlarla görüşmək və ya ziyafətlərdə, tədbirlərdə iştirak etmək mümkündür. Rahatlıq və ailə münasibətlərinə də diqqət yetirmək lazımdıt.

Əkizlər

Əkizləri ünsiyyət və yeni təcrübələrlə dolu məşğul həftə sonu gözləyir. Gərəksiz gərginlikdən qaçmaq üçün daxili balansınızı unutmamaq vacibdir.

Xərçəng

Bu həftə sonu Xərçənglər özlərinə daha çox vaxt ayırmalıdırlar. Sağlamlığınıza diqqət yetirin, təbiətdən və meditasiyadan həzz alın. Bu, enerjinizi bərpa etməyə və yeni həftəyə hazırlaşmağa kömək edəcək.

Şir

Şirləri bu həftə sonu parlaq və müsbət anlar gözləyir. Əyləncəli fəaliyyətlər, dostlarla görüşlər və yaradıcılıq axtarışları mümkündür. Fərqlənməkdən və enerjinizi başqaları ilə bölüşməkdən qorxmayın.

Qız bürcü

Həftə sonu Qızlar ev işlərinə və rahatlığa fikir verirlər. Lakin gələcək layihələri planlaşdırmaq və hədəflər üzərində düşünmək üçün də yaxşı vaxtdır.

Tərəzilər

Tərəziləri həftə sonu müxtəlif insanlarla maraqlı görüşlər və qarşılıqlı əlaqələr gözləyə bilər. Münasibətlərinizdə harmoniya saxlamağa və yeni tanışlıqlara açıq olmağa çalışın.

Əqrəb

Bu həftə sonu Əqrəblər emosional ehtiyaclarına fikir verməlidirlər. Sizi xoşbəxt edən şeylərlə məşğul olun və hisslərinizi ifadə etməkdən çəkinməyin.

Oxatan

Oxatan bürcü dinamik və aktiv həftəsonu keçirəcək. İdman, səyahət etmək və ya macəralara açılmaq üçün yaxşı vaxtdır. Yeni bir şey sınamaqdan qorxmayın.

Oğlaq

Oğlaqları rahat həftə sonu gözləyir. Ailəvi anlardan həzz almaq və gündəlik təlaşa ara vermək vaxtıdır. Daxili düşüncələrinizə də diqqət yetirin.

Dolça

Dolçalar həftə sonu gözlənilməz hadisələrə hazır olmalıdırlar. Dəyişikliklərə açıq olmaq sizə istənilən çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. Həmçinin, yaxınlarınızdan dəstək almağı da unutmayın.

Balıq

Balıqlar həftə sonları yaradıcılıq və mənəvi təcrübələrdən həzz ala bilərlər. Həm də dostlar və yaxınlarınızla ünsiyyət üçün əlverişli zamandır. Enerjinizin və yaxşı əhvalınızı qorumağa çalışın.

©Sfera

 

0.020915031433105