Yük avtomobilinin qaz xəttinə çırpılması nəticəsində 3000 abonent qazsız qaldı -VİDEO

Yük avtomobilinin qaz xəttinə çırpılması nəticəsində 3000 abonent qazsız qaldı -VİDEO
 

Yük avtomobilinin qaz xəttinə çırpılması nəticəsində 3000 abonent qazsız qaldı

"Paralel.az" xəbər verir ki, ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi “Atçılıq” yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb. Qəza nəticəsində müxtəlif diametrli 150 metr uzunluğunda orta və aşağı təzyiqli qaz xətləri yararsız hala düşüb, 3000 abonentin qaz təchizatında fasilə yaranıb. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Bərpa işlərinin günün sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

0.014489889144897