1800-cü illərə aid sirli gəmi Kanada sahillərinə çıxdı

1800-cü illərə aid sirli gəmi Kanada sahillərinə çıxdı
 

Kanadada qədim yelkənli gəminin bir hissəsi sahilə çıxıb. Onu yerli sakinlər aşkar ediblər.

Bu barədə Nyufaundlend və Labrador Gəmi Qəzalarını Mühafizə Cəmiyyətinin prezidenti Nil Bercess xəbər verib.

Onun sözlərinə görə, tapıntı Nyufaundlend adasının cənub-qərbində, Keyp-Rey burnunda aşkar edilib.

Gəminin 19-cu əsrdə inşa edildiyi qeyd olunub.

Həmçinin vurğulanıb ki, gəminin adaya çıxan hissəsinin ölçüsü 24 metrdir.  Bu onun ortaölçülü şxundan (iki və daha artıq dor ağacı olan yelkənli gəmi) daha böyük olduğunu göstərir.
Mütəxəssis hesab edir ki, yelkənli qayığı 2022-ci ilin sentyabrında regiondan keçən və Nyufaundlendin sahil xəttini dəyişdirən “Fiona” qasırğası dənizin dibindən qaldırıb.

O qeyd edib ki, adanın yaxınlığındakı dəniz dibi minlərlə batmış gəmi ilə doludur.

 

0.013406991958618