Rusiyadan nüvə silahları barədə: Qərar qəbul ediləndə...

Rusiyadan nüvə silahları barədə: Qərar qəbul ediləndə...
 

Belarusda yerləşdirilən Rusiya nüvə silahları Rusiyanın nəzarəti altındadır, ona görə də nüvə silahının yayılmaması haqqında müqavilələr pozulmayıb.

Bunu Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Vladimir Çijov bildirib.

Böyük Britaniyada ABŞ-ın nüvə silahının yerləşdirilməsi ehtimalını şərh edən senator vurğulayıb ki, Vaşinqtonun bütün siyasəti, o cümlədən nüvə ikili standartlara əsaslanır:

“Bəziləri üçün hər şeyə, digərləri üçün isə heç nəyə icazə verilmir”.

O bildirib ki, ABŞ Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi ilə bağlı qərar qəbul ediləndə və həyata keçiriləndə çox narahat olub.

 

0.021160125732422