Çində sevgilisi ilə birlikdə uşaqlarını 15-ci mərtəbədən atan cütlük edam edildi

Çində sevgilisi ilə birlikdə uşaqlarını 15-ci mərtəbədən atan cütlük edam edildi
 

2 noyabr 2020-ci ildə Çinin Çonqinq şəhərində Zhanq Bo adlı kişi qeyri-qanuni münasibətdə olduğu qadın ilə birlikdə 2 yaşlı qızı və 1 yaşlı oğlunu 15-ci mərtəbədən ataraq öldürüb. 

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, onlar "qəsdən adam öldürmə" ittihamı ilə edam cəzasına məhkum edilib.

Belə ki, Zhanqın evli olduğu müddətdə Ye ilə ailə vəziyyəti haqqında məlumat vermədən münasibət qurub.

Lakin Ye onun evli olduğunu öyrənsə də, münasibətini sonlandırmayıb.

Zhang 2020-ci ilin fevral ayında həyat yoldaşından boşanıb. Ye Zhangın uşaqlarının onların evliliyinə ən böyük maneə kimi görüb və dəfələrlə Zhangi uşaqları öldürməklə hədələyib.

Daha sonra cütlük uşaqları yaşadıqları evin pəncərəsindən atıb və hadisəni “qəza” kimi göstərməyə çalışıb. 

Təqsirləndirilən cütlüyün əməllərinin “qanun və əxlaqın qırmızı xətlərinə meydan oxuduğu, cəmiyyətin vicdanını tapdaladığı” vurğulanıb.

İkiliyə verilən edam cəzasının yanvarın 31-də icra edildiyi açıqlanıb. 

Uşaqların anası Çen Meilin "3 ildən artıqdır ki, ailəmizə işgəncə verən kabus nəhayət sona çatdı" deyib.

Edam xəbəri sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzu olub və bir çox insan ölüm hökmünü dəstəkləyib.

Günay 

 

 

0.013447999954224