Tanınmış bloger borca görə evini satır

Tanınmış bloger borca görə evini satır
 

Rusiyalı bloger Dmitri Portnyagin bağ evini satışa çıxarıb.

Paralel.az xəbər verir ki,  bununla bağlı “MSK-1” məlumat yayıb.

Belə ki, o, ötən ilin oktyabrında aparılan axtarışlardan sonra, ortaya çıxan borclar ucbatından evini satışa çıxarmaq məcburiyyətində qalıb.

Sahəsi 600 kvadratmetr olan, ikimərtəbəli, 33 hektar torpaq sahəsi, hamam, gölməçəsi olan taxta kottec üçün bloger əvvəlcə 240 milyon rubl almaq istəyib.

Daha sonra o, qiymətə 40 milyon endirim edib və indi əmlak 199,9 milyon rubla təklif olunur.

 

0.011270046234131