Nurayın ölüm xəbərinə anasından açıqlama: Qızım sağdır, yaxşıdır - VİDEO

Nurayın ölüm xəbərinə anasından açıqlama: Qızım sağdır, yaxşıdır - VİDEO
 

Azərbaycanda şagirdin xəstəlikdən öldüyü barədə yayılan xəbərlərlə bağlı anası açıqlama verib.

Oxu.Az-ın məlumatına görə, Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin doqquzuncu sinif şagirdi Nuray Əmirlinin anası qızının ölmədiyini və əməliyyat olduğunu bildirib.

“Nuray yaxşıdır, müalicələr davam edir, əməliyyat uğurlu keçib”.

***

Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.

Bu barədə Mübariz İbrahimov adına lisey məlumat yayıb.

“Dərin hüzn və kədər hissi ilə bildiririk ki, şagirdimiz Nuray Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik”, - məlumatda bildirilib.

0.011362075805664