Atasının başını kəsdi, Baydeni hədələdi - ABŞ-də skandal

Atasının başını kəsdi, Baydeni hədələdi - ABŞ-də skandal
 

ABŞ-nin Pensilvaniya ştatında yaşayan 32 yaşlı Castin Mohn bazar ertəsi gecəsi birlikdə yaşadıqları evdə federal hökumətdə işləyən atası 68 yaşlı Maykl Mohnun başını kəsərək öldürüb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, hadisədən sonra “YouTube”a 14 dəqiqəlik video yükləyib.

Atasının çantaya qoyduğu kəsilmiş başını kameraya tutaraq Bayden administrasiyasına qarşı sərt çıxışlar edib.

Ətrafındakı bir çox insanın onu İsa peyğəmbər kimi gördüyünü və prezident olmasını istədiyini iddia edən Castin yaxınlarını da Bayden hökumətinə işləyən tanışlarını öldürməyə çağırıb:

“ABŞ administrasiyasının yüksək rütbəli üzvlərini öldürənlərə 1 milyon dollar verəcəm. Amma daha çox pul lazımdır. Ümid edirəm ki, amerikalılar vətənpərvərliyə görə bu xain administrasiya ilə mübarizəni davam etdirəcəklər.

Bayden rəhbərliyi immiqrasiya siyasəti və iqtisadi böhranı ilə ölkəni məhv etdi. Federal hökumətin xəyanətinə qarşı yeganə yol şiddətdir.

Bu Maykl Mohnun başıdır. 20 ildən çox federal hökumət üçün çalışıb. O mənim atam idi. İndi o, vətənə xəyanət edən bir xain kimi cəhənnəmə getdi”.

Dəhşətli video saatlarla “YouTube”da qaldıqdan sonra silinib. Bu hadisə ölkədə böyük əks-səda yaradıb. Mayklın başsız meyiti evin hamamında tapılıb.

Castin Mohn isə evdən 2 saat uzaqlıqda polis tərəfindən saxlanılıb.

 

0.011646032333374