Deputatın fotoşopla sinəsini böyütdülər, ölkədə qalmaqal yarandı

Deputatın fotoşopla sinəsini böyütdülər, ölkədə qalmaqal yarandı
 

Avstraliyada “Nine News” xəbər kanalı "Heyvanlar üçün Ədalət Partiyası"ndan olan millət vəkili Corciye Purselin şəklində dəyişiklik edərək qalmaqala səbəb olub. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, kanal fotoşopla onun sinəsini böyüdüb və qarnını açıb.

Corciye orijinal və dəyişdirilmiş versiyanı sosial media hesabında paylaşıb.

Paylaşımda “Bu müdaxilə qadın siyasətçilərə qarşı cinsi obyektivləşdirmə nümunəsidir”, deyə qeyd olunub.

Deputat keçən il çılpaq şəkildə çəkilən Viktoriya Baş naziri Casinta Allana qarşı oxşar hadisəni xatırladıb və medianın qadın siyasətçiləri cinsiləşdirməyə meyilli olduğunu bildirib.

“Nine News” hadisədən sonra üzr istəyib və bunu "fotoşop avtomatlaşdırması" ilə izah edib.

 

 

0.018682956695557