Qızıl Xaç peyvəndlə bağlı ÇAĞIRIŞ ETDİ

Qızıl Xaç peyvəndlə bağlı ÇAĞIRIŞ ETDİ
 

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası dünya ictimaiyyətinə gələcək pandemiyalarla bağlı çağırış edib.

Təşkilat rəsmiləri qlobal peyvənd ehtiyatı yaratmağı tövsiyə edib. Qeyd olunub ki, bununla da dünyanın bütün regionlarında onların ədalətli şəkildə bölüşdürülməsini təmin etmək mümkün olacaq:

“Dövlətlər bütün regionlarda peyvəndlərin ədalətli paylanmasını təmin edəcək beynəlxalq “vaksin bankı” yaratmaqla növbəti pandemiyaya hazırlaşmalıdırlar”.

Onların fikrincə, dünya birliyi pandemiya dövründə əhalini ərzaqla, tibbi yardımla təmin edən, informasiya və təhsil sahəsində çalışanların immunizasiyası və ya dərman vasitələri ilə təmin olunmasına üstünlük verməlidir. 

 

 

0.014296054840088