“Eurovision”da İsrail böhranı: İki ölkə hərəkətə keçdi

“Eurovision”da İsrail böhranı: İki ölkə hərəkətə keçdi
 

İsrail iştirak edəcəyi təqdirdə İslandiya və Finlandiya “Eurovision” səs yarışmasını boykot edə bilər.

Paralel.az xəbər verir ki, bu barədə İsrail mətbuatında xəbərlər dərc olunub.

Bildirilib ki, Avropa Yayım Birliyi may ayında İsveçdə keçiriləcək müsabiqədə İsrailin iştirakına icazə verdiyi üçün İslandiya və Finlandiya boykot qərarını nəzərdən keçirir.
Xatırladaq ki, İslandiya, Finlandiya, Niderland və Norveç 2022-ci ildə Ukraynanı işğal etdikdən sonra Rusiyanın müsabiqədə iştirakına icazə veriləcəyi təqdirdə yarışı boykot edəcəklərini bildirmişdilər. Rusiya son iki ildir ardıcıl olaraq müsabiqədə iştirak etmir.

 

0.02333402633667