Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi
 

İtalyalı aktrisa və teleaparıcı Sandra Milo vəfat edib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, aktrisanın ölüm səbəbi açıqlanmayıb.

Ailəsi onun istədiyi kimi evində və yaxınlarının əhatəsində vəfat etdiyini bildirib.

Əsl adı Salvatrice Elena Greco olan Milonun martın əvvəlində 91 yaşı tamam olacaqdı.

Qeyd edək ki, Federiko Fellininin ilhamvericisi sayılan Milonun adına altı film festivalı mükafatı var.

 

 

0.016558170318604