Azərbaycana iş üçün dəvət edilən afrikalı dayədən xəbər var

Azərbaycana iş üçün dəvət edilən afrikalı dayədən xəbər var
 

Azərbaycana iş üçün dəvət olunan, lakin işə götürülməyən, daha sonra isə sığınacağa yerləşdirilən afrikalı dayədən xəbər var.

"Paralel.az" xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova danışıb.

O, qadının artıq iş tapdığını bildirib:

"Xanım bir müddətdir ki, sığınacağımıza yerləşdirilmişdi. Artıq xarici vətəndaş 1500 dollar müqabilində dayə işi tapıb. Onu işə götürən də elə xarici ölkə vətəndaşıdır. Xanımın dayə işlədiyi ev sahibləri tezliklə Londona köçəcək və dayə də onlarla birlikdə gedəcək".

Qeyd edək ki, Ölkəmizə dayə olaraq iş təklifi alan afrikalı xanım,gəldikdən sonra problemlə üzləşmişdi.Onu dəvət edən şəxs artıq dayəyə ehtiyaclarının olmadığını bildirmişdi.
Dayə qazanacağı pulu Afrikada yaşayan ailəsinə göndərmək istədiyini demişdi.

Qadın daha əvvəl Dubayda uzun müddət işləyib.

 

 

0.016921997070312