Kəndim məni tanımadı - Akif Mirsiyaboğlu yazır...
Qonaq getmişdim kəndimə ,
Kəndim məni tanımadı,
Dəyişmişəmmiş sən demə,
Kəndim məni tanımadı....
Əlbətdə tanımayacaq , kəndimizi qınamağa , ondan inciməyə əsla haqqım yoxdur . Güzgüyə baxanda bəzən özüm - özümü tanıya bilmirəmsə , otuz üç yaşlı gənc ikən məcburiyyət qarşısında tərk etdiyim yurduma , otuz iki ildən sonra saç - saqqalı ağarmış , 65 yaşlı qoca kimi dönə bilirəmsə , üstəlik hələ otuz iki illik həsrətin tək ürəyində , beynində , düşüncələrində deyil , bütün görkəmində özünə yer etmiş , ötən illərin və amansız xəstəliklərin öz izini buraxdığı bir insanı cansız daş - divar haradan və necə tanıya bilsin ?
Elə bildim küsüb məndən,
Əllərini üzüb məndən,
Soyuq - soyuq baxıb gendən,
Kəndim məni tanımadı.....
Kəndimizin məni tanımamasının ardından,mənim də kəndimizi , eləcə də işğaldan azad edilmiş digər ərazilərimizi çox çətinliklə tanıya bilməyim , sözlə ifadə olunmayacaq dərəcədə çox ağrılı , kədərli bir hissdir . Otuz iki illik işğal dövründə mənfur düşmən bizim çox əsrlik tariximizi silmək üçün Qarabağımızda əlindən gələn bütün yaramazlıqları etmişdir . Torpaqlarımıza köçürüləndən bəri hayların atdığı ən dogru addım , antiterror əməliyyatından dərhal sonra Qarabağı tərk etmələridir . Dövlətimizin onların geriyə dönməməsi üçün yürüdəcəyi siyasəti tam dəstəkləməliyik . Havadarları vasitəsi ilə onların viran qoyduqları , minalayıb tərk etdikləri torpağa qayıdış arzusunu gözlərində qoymalıyıq . Xalq diplomatiyası adlanan bir termin mövcuddur . Sadə xalq çox mədəni şəkildə , elə feysbuk səhifələri üzərindən də addımbaşı ayaqlarımıza dolaşan , müxtəlif adlarla burda məskən salan haylara çox incə şəkildə anlatmalıdır ki , Sizlərin qatarı çoxdan gedibdir. Boş yerə marığa yatıb gözləməyin . Sizlərlə bizim birgə yaşayışımız qətiyyən mümkün deyildir. İşdir kimlərinsə felinə uyub gələcəyiniz halda , görəcəyiniz heç də ürəyinizcə olmayacaqdır, sadəlövh bir xalqın inamından , etibarından bir daha bəhrələnə bilməyəcəksiniz .
"Paralel.az"