Ona xəyanət edən xanımından boşandı

Ona xəyanət edən xanımından boşandı
 

Türkiyəli aktyor Burak Sergen həyat yoldaşı Nihan Ünsaldan boşanıb.

Axşam.az xəbər verir ki, 2021-ci ildən bəri davam edən proses İstanbul Ədliyyəsi 10-cu Ailə Məhkəməsi tərəfindən yekunlaşdırılıb və tərəflərin boşanması qərara alınıb. 

Qeyd edək ki, Burak özündən 28 yaş kiçik Nihandan evliliklərinin 4-cü ayında ona xəyanət etdiyi üçün ayrılıb.

Aktyor hazırda "Hudutsuz sevda" serialında "Rızvan Leto" obrazına həyat verir.

 

0.017792940139771