İrəvana sınıq-salxaq silahlar verməklə heç nəyə nail olmayacaqlar - İltizam Yusifov

İrəvana sınıq-salxaq silahlar verməklə heç nəyə nail olmayacaqlar - İltizam Yusifov
 

"Son vaxtlarda erməni lobbisinin nəzarətində olan anti-Azərbaycan güclərin təkidi ilə bir sıra Avropa ölkələri və təşkilatlarının ölkəmizə qarşı təzyiq və təhdid kampaniyasının başlandığını müşahidə etməkdəyik. Bu prosesə isə Fransa  rəhbərlik edir. Məqsəd də aydındır. Azərbaycanın  qələbəsini həzm edə bilməyən bu güclər öz təsir imkanlarından istifadə etməklə Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına mane olmaqdır".

Bunu Paralel.az-a açıqlamasında deputat İltizam Yusifov deyib.

O bildirib ki, zaman-zaman istər başda Fransa olmaqla bəzi Avropa ölkələrinin, istərsə də Avropa təşkilatlarının Azərbaycana qarşı qərəzli, ikili siyasətinin şahidi olmuşuq və bu siyasət bu gün də davam etməkdədir. "Özlərini dünyada sülhün, qanunun aliliyinin, ədalətin təminatçısı kimi qələmə verən bu qüvvələr Azərbaycanın müstəqilliyinin ilk illərində zəif olduğu bir zamanda Ermənistanın işğalına haqq qazandırıb güzəştlərə getmək üçün ölkəmizə qarşı ən müxtəlif təzyiq metodlarından istifadə ediblər. Ancaq onlar o zaman Azərbaycanın zəif dövründə iradəsini qıra bilmədilər. Əksinə, Azərbaycan yürüdülən məqsədyönlü siyasəti nəticəsində güclənərək bütün bu ədalətsizliyə son verdi. Nəticədə Azərbaycan ərazi bütövlüyünü  təmin edib suverenliyini bərpa etməklə Cənubi Qafqazda tamamilə yeni reallıq yaratdı. Azərbaycanın beynəlxalq aləmin dəstəyi olamadan belə bir reallıq yaratması isə  erməni lobbisi və həmin anti-Azərbaycan gücləri  ciddi narahat etdiyindən onların yuxuları ərşə çəkilib. Ona görə də  təkcə Azərbaycana qarşı deyil, bütövlükdə bölgədə gərginliyin davam etməsi və bu yolla öz niyyətlərinə çatmaq üçün ən müxtlif çirkin planlar hazırlayıb həyata keçirməkdədirlər.  Lakin hər dəfə də onların bu çirkin oyunları  iflasa uğrayıb və bundan  hər dəfə də uduzan tərəf isə dəstəklədikləri Ermənistan və erməni xalqı olub. Bundan sonra da  iflasa məhkum olacaqlar. Onların bölgədə gərginliyin davam etməsi məqsədi ilə nə Ermənistanı Fransanın sınıq-salxaq “Bastion” maşınları, digər silahlarla təchiz etməsi, nə də ki, digər təzyiq, təhdid kampaniyası  nəticə verəcək. Bundan uduzan tərəf təkcə Ermənistan yox, bu prosesin başında duran  Fransa və Ermənistanın havadarları  olacaq. Azərbaycan bu güclərin istənilən hərəkətinə adekvat cavab vermək gücünə malikdir və mütləq onların istənilən  hərkətinə adekvat cavab verəcək.  Azərbaycanın belə bir cavab vermə gücünü artıq Fransa və bəzi Avropa strukturları yaxşı bilir. Azərbaycan dəfələrlə Fransanı özünün diplomatik  oyun meydançasında ağır məğlubiyyətə düçar edib  və bundan sonra da  edəcək.

Mövcud qlobal geosiyasi vəziyyətdə, xüsusən də Avropanın enerji təhlükəsizliyində  daha ciddi şəkildə rol oynamağa başlayan  Azərbaycanla münasibətlərin pozmaq cəhdi ilk növbədə Avropanın maraqlarına cavab vermir.  Belə bir şəraitdə Avropa ölkələri bilməlidirlər ki, Azərbaycanla münasibətləri korlamaqdan əziyyət  çəkən özləri olacaq. Digər məqam isə ondan ibarətdir ki, heç də bütün Avropa ölkələri onlaırn bu siyasətini dəstəkləməyəcək, əksinə qəti şəkildə buna qarşı çıxacaqlar.  Bu da Fransa və onun təsiri altında olanların Azərbaycanla bağlı planlarını pozmuş olacaq.  

Son olaraq onu qeyd etmək istərdim ki, əgər bu güclər bölgədə marağını təmin etmək və doğrudan da Ermənistana yardımçı olmaq  istəyirlərsə, o zaman İrəvana Bakının şərtləri daxilində sülh sazişini imzalamağa təzyiq etməlidirlər. Yox, Ermənistan kartından istifadə edib bölgədə nəyəsə nail olmaq istəyirlərsə, çirkin planları hər zaman olduğu kimi yenə də heç nəyə nail ola bilməycəklər".

Mürtəza
Ölkə.Az

 

0.025734901428223