Baydenin Virciniyadakı çıxışı insanların etirazlarına görə 8 dəfə kəsilib

Baydenin Virciniyadakı çıxışı insanların etirazlarına görə 8 dəfə kəsilib
 

ABŞ prezidenti Co Baydenin Virciniya ştatında abortla bağlı çıxışı tamaşaçıların qışqırıqlarına görə 8 dəfə kəsilib.

Paralel.az xəbər verir ki, Bayden danışmağa başlayandan dərhal sonra tamaşaçılardan ilk etiraz səsi eşidilib.

Bundan sonra qışqırıqlar müntəzəm olaraq davam edib. Belə ki, Fələstin tərəfdarları Baydenin sözünü kəsməyə çalışıblar.

Lakin tədbirə toplaşan dövlət başçısının davamlı olaraq “Dörd il!” şüarları səsləndirən tərəfdarları Fələstin tərəfdarlarının səsini üstələyiblər.

0.015207052230835