ABŞ Yermakovu sanksiyalar siyahısına saldı

ABŞ Yermakovu sanksiyalar siyahısına saldı
 

ABŞ rusiyalı haker Aleksandr Yermakovu kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısına əlavə edib.

Paralel.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Avstraliya və Böyük Britaniya ilə koordinasiyalı şəkildə Avstraliyanın ən böyük tibbi sığorta şirkəti “Medibank”ın məlumat bazasını ələ keçirdiyi iddia olunan rusiyalı Aleksandr Yermakova qarşı sanksiyalar tətbiq edib.

Qeyd edilir ki, 9,7 milyon müştərinin məlumatlarını oğurlamaqda şübhəli bilinən A.Yermakova qarşı maliyyə sanksiyaları və ölkəyə giriş qadağası tətbiq edilib.

 

0.013653993606567