Kanada Ukraynaya 10 kater göndərir

Kanada Ukraynaya 10 kater göndərir
 

Kanada hökuməti Ukraynaya 10 çoxhədəfli kater və F-16 qırıcılarının idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək məqsədilə təlimatçılar göndərəcək.

Paralel.az xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr deyib.

O bildirib ki, katerlərin ümumi dəyəri 20 milyon Kanada dollarından çoxdur.

Belə ki, bu katerlərdən həm qoşunların və yüklərin çatdırılması, həm də kəşfiyyat əməliyyatlarının aparılması üçün istifadə oluna bilər.

 

0.014190912246704