MM-in İqtisadiyyat Komitəsinin sədri Tahir Mirkişilinin qardaşı vergi borcunu niyə ödəmir?
Milli Məclisin deputatı Tahir Mirkişilinin qardaşı Famil Mirkişilinin qanuni təmsilçi olduğu şirkətin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Qlobal.az xəbər verir ki, Famil Mirkişilinin rəhbərlik etdiyi “Absheron City” Mənzil Tikinti Kooperativinin hazırda dövlətə olan vergi borcu 592.638 manat təşkil edir.
“Absheron City” MTK 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkət əsasən yaşayış binalarının tikintisi ilə məşğuldur.
Qeyd edək ki, Tahir Mirkişili Milli Məclisin V və VI çağırış deputatıdır.
Tahir Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri vəzifəsini tutur.