Yeni qəbirlər tapıldı – Stalin repressiyasının qurbanlarıdır?

Yeni qəbirlər tapıldı – Stalin repressiyasının qurbanlarıdır?
 

Bir müddət əvvəl rayonun Katex kəndinin ərazisindən axan eyniadlı çayın sahilində xeyli-sayda qəbirlər və insan sümükləri aşkar edilib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna AMEA-nın Şəki Regional Elmi Bazasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. 

Akif Məmmədli bildirir ki, ona da bu barədə kənd sakinləri məlumat verib və beləcə hadisə yerinə ilkin baxış keçirilib.

Sakinlərin sözlərinə görə, son dövrlər Katex çayın məcrasının dəyişməsi həmin qəbirlərin üzə çıxması ilə nəticələnib:    

“Ərazidə təxminən 50-60 qəbir aşkarlanıb. Sakinlərin təxminlərinə görə, qəbirlərdəki insanlar ötən əsrin iyirminci illərindən sonra İosif Stalinin dövründə repressiyaya məruz qalaraq məhbus həyatı yaşayıblar. Həmin ərazilərdə də məhz onlar dəfn ediliblər”. 

Sakinlər iddia edir ki, həmin məzarların məhbusların qəbirləri olması ehtimalı böyükdür.

Akif Məmmədli bildirib ki, qəbirlərin aşkar olunduğu ərazi arxeoloq və mütəxəssislər tərəfindən araşdırılmalı və yekun nəticə bilinməlidir. 

 

0.015435934066772