Gələcəyin əmək bazarına bu gündən hazırlaşmalıyıq

Gələcəyin əmək bazarına bu gündən hazırlaşmalıyıq
 

Gələcəyin əmək bazarına bu gündən hazırlaşmalıyıq.
Bacarıqlarda inqilab: 1 milyard insanı gələcəyin iqtisadiyyatı üçün hazırlamaq. Dünya İqtisadi Forumu (DİF) 2030-cu ilə qədər 1 milyard insanı daha yaxşı təhsil, bacarıq və iqtisadi imkanlarla təmin etmək üçün 350-dən çox təşkilatla işləyir.
Texnoloji dəyişikliklər, geoiqtisadi meyllər və yaşıl enerjiə keçid insanların dolanışıq vasitələri üçün böyük risklər yaradır və əmək bazarlarını əsaslı şəkildə dəyişdirir. DİF-in “Əmək bazarının gələcəyi - 2023” hesabatı göstərir ki, 2027-ci ilə qədər iş tapşırıqlarının 43%-i avtomatlaşdırılacaq. Buna görə də insanlara öz potensiallarını həyata keçirmək və inkişaf etmək şansı verilməsini təmin etməklə daha ədalətli bir dünya yaratmaq üçün insan kapitalına təcili investisiya lazımdır.

2030-cu ilə qədər enerji keçidi təmiz enerji, səmərəlilik və aşağı emissiya texnologiyaları sayəsində 30 milyon yeni iş yeri yaradacaq. Ancaq “yaşıl iş” yerləri hələ də tam dolmayıb.

COP28-də liderlər 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmaq barədə razılığa gəldilər, lakin bu ambisiya mövcud istedad fondunu geridə qoyur. 2023-cü ildə yaşıl bacarıqlara sahib insanların sayı 12% artdığı halda onların tələb olunduğu iş yerlərinin sayı 22% artıb. Əmək bazarında yaşıl bacarıqlara olan tələb yalnız 5 ildən sonra təklifi üstələyəcək.

Enerji keçidinin yaratdığı iş yerləri mühəndislik və dayanıqlı dizayndan tutmuş marketinq, maliyyə xidmətləri və nəqliyyata qədər geniş spektrli bacarıqlardan istifadə edəcək.

Bizim ölkəmizdə də post neft erası üçün kadr hazırlığı, qlobal əmək bazarında rəqabətədavamlı olmağımız üçün bu trendlərə uyğunlaşmalıyıq. Əks halda hətta daxili əmək bazarında belə bizim gənclər rəqabətə davamlı olmazlar, işsizlik daha da artar.

4SİM Azərbaycan / C4IR Azerbaijan World Economic Forum

Mənbə: Dünya İqtisadi Forumu

"Paralel.az"

0.014611959457397