İtkin düşən azərbaycanlı alpinistlərin axtarışı dayandırıldı

İtkin düşən azərbaycanlı alpinistlərin axtarışı dayandırıldı
 

Yanvarın 15-də Sərab mahalının Savalana yaxın yüksəkliklərində itkin düşən 3 azərbaycanlı alpinistin xilas edilməsi üçün aparılan axtarış işləri dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Xiyav (Meşgin) şəhərinin fərmandarı Şəhram Məhəmmədi açıqlamasında bildirib.

O, axtarışların yanvarın 21-dən dayandırıldığını, itkin düşən alpinistlərin ailə üzvlərinin yenidən müraciət edəcəkləri təqdirdə axtarış əməliyyatlarının yenidən başladılacağını deyib.

Qeyd edək ki, yanvarın 19-da Ərdəbil əyalətinin Qızıl Aypara cəmiyyəti itkin düşən alpinistlərin telefon vasitəsilə əlaqə saxladığını və təxmini yerləşdikləri yer barədə məlumat verə bildiklərini açıqlamışdı.

 

0.070333003997803