Hazırda Bakıda küləyin sürəti 28 m/s -ə çatıb, sabah isə qar yağacaq

Hazırda Bakıda küləyin sürəti 28 m/s -ə çatıb, sabah isə qar yağacaq
 

Ölkə ərazisində yanvarın 22-nə olan müşahidə edilən faktiki hava barədə məlumat açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 13:00-a olan məlumatına əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s, Naftalanda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Daşkəsən, Göygöl, Şəki, Şahdağ, Qax, Astaranın dağlıq ərazilərində qar, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək şaxta olub.

Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Dağlıq və dağətəyi ərazilərdə gecə və səhər yolların buz bağlama ehtimalı var.

0.016950130462646