Ermənistanda ağır yol qəzasında xəsarət alanlar var

Ermənistanda ağır yol qəzasında xəsarət alanlar var
 

Ermənistanın Araqatsotn rayonunda (əvvəlki tarixi Şorəyel Mahal - red) rayonunda ağır yol qəzası olub.

Paralel.az xəbər verir ki, Gürcüstan dövlət nömrə nişanlı "Mercedes Vito" markalı mikroavtobusun "Opel Astra" markalı minik maşını ilə toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. Onlar arasında uşaqlar da var.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə səbəbi açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

 

0.031929016113281