Husilərə məxsus raket məhv edilib

Husilərə məxsus raket məhv edilib
 

ABŞ Yəmənin “Ənsar Allah” (husilər) qruplaşması tərəfindən Ədən körfəzinə yönəlmiş gəmi əleyhinə raketi məhv edib.

Paralel.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edildiyi kimi, ABŞ qüvvələri özünümüdafiə məqsədilə raketi vurub.

Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstində əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.

 

0.012183904647827