Elm və Təhsil naziri ona göstərilən etimadı doğrultmur

Elm və Təhsil naziri ona göstərilən etimadı doğrultmur
 

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra hökumətin tərkibi yenidən formalaşacaq.

Bu proses həmişə dəyişikliklərlə müşahidə olunduğu üçün hökumət üzvlərindən kimin yola salınacağı, kimin isə qalacağı hazırda ciddi müzakirə mövzusudur.

Paralel.az xəbər verir ki, Yenisabah.az hakimiyyətdəki mənbələrə əsasən, vəzifəsini itirəcək hazırkı hökumət üzvlərindən bəzilərinin adını dəqiqləşdirib. Elm və təhsil naziri Emin Əmrullayevin yeni hökumətdə təmsil olunmayacağı məlum olub. Gənc nazirin daha təcrübəli elm adamlarının biri ilə əvəz ediləcək.
 
Mənbə E. Əmrullayevin "vurulmasını" təhsil sektorunda köklü islahatların aparılmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, imitasiya xarakteri daşıyan islahatlar bu sektorda ciddi dəyişikliyə səbəb olmadığı üçün gənc nazirin yola salınması gündəmə gəlib.
 
Qeyd edək ki, son vaxtlar təhsil sahəsindəki problemlər daha yüksək səviyyədə tənqid edilir. Artıq Milli Məclisin tribunasında da bu barədə açıq mətnlə danışılır. Ötən gün isə bu məsələ prezidentliyə namizədlərin İTV-də baş tutan debatında əsas müzakirə mövzusu olub.

Prezidentliyə namizəd, Milli Məclisin bitərəf deputatı Zahid Orucun problemə geniş yer ayırması təsadüfi sayıla bilməz. Digər opponentləri ilə müqayisədə hakimiyyətin mətbəxinə daha yaxından bələd olan Zahid Orucun öz çıxışında elm və təhsil sektorunda mövcud olan problemlərə geniş yer ayırması, repetitorluq institunun genişlənməsindən danışması, "müəllimlər və şagirdlər məktəbə qayıtmalıdır" məzmunlu bəyanat səsləndirməsi analitiklər üçün uzağagedən nəticələr çıxarmağa əsas verib.

Siyasətdə çoxillik staja malik olan Zahid Orucun hədəfi düz vurub-vurmadığı isə yaxın vaxtlarda bəlli olacaq.

0.18450093269348