Bakının mərkəzində mağazanı qarət edənlər tutuldu

Bakının mərkəzində mağazanı qarət edənlər tutuldu
 

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Ölkə.az-a verilən xəbərə görə, Səbail rayonu ərazisində mağazaların birindən 1500 manat dəyərində oğurluq olub.

Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əli Abdullayev və Abbasağa Rzayev saxlanılıblar.

Araşdırma aparılır.

 

0.016560077667236