Erməni KİV: “Azərbaycan və Ermənistan delimitasiya komissiyaları əsasnamə layihəsini müzakirə edəcəklər”

Erməni KİV: “Azərbaycan və Ermənistan delimitasiya komissiyaları əsasnamə layihəsini müzakirə edəcəklər”
 

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə komissiyalarının iclası zamanı komissiyaların əsasnamə layihəsi müzakirə olunacaq”.

Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisində məlumat verilib.

Bildirilir ki, komissiya yanvarın sonunda iclas keçirəcək və üçüncü tərəfin iştirakı planlaşdırılmır.

Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarının iclası keçən il noyabrın 30-da Qazax-İcevan sərhədində baş nazirlərin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryan rəhbərliyi ilə baş tutub.

 

0.014415979385376