Almaniya vətəndaşı olamaq istəyənlərə ŞAD XƏBƏR

Almaniya vətəndaşı olamaq istəyənlərə ŞAD XƏBƏR
 

Almaniyada mühacirlərin uzun illərdir, gözlədiyi ikili vətəndaşlığı asanlaşdıran qanun layihəsi parlamentdən keçərək qüvvəyə minib.

Bundestaqın "Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi" qanununa edilən dəyişikliyə əsasən  Almaniya vətəndaşlığını əldə etmək üçün tələb olunan qanuni yaşayış müddəti 8 ildən 5 ilə endirilib.

Yeni qanuna əsasən Almaniya vətəndaşlığını almaq istəyən şəxsin ölkədəki həyat şəraitinə uyğunlaşmaqda məktəb və ya peşə uğuru qazanması, könüllü iş görməsi və ya dili öyrənmək üçün xüsusi səy göstərməsi hallarında bu müddət 3 ilə endirilib.

İkili vətəndaşlıqla bağlı qanunda nəzərdə tutulan  “seçim modeli” də tamamilə ləğv edilib. Belə ki, həmin qanuna əsasən  23 yaşına kimi gənclər valideynlərinin vətəndaşlığı və ya Almaniya vətəndaşlığı arasında seçim etməli idi. Amma indi bu, tamamilə ləğv edilib.

Qanunda ən mühüm cəhətlərdən biri də bundan ibarətdir ki, Almaniyada doğulan uşaqlar, hətta Almaniya vətəndaşı olmasalar belə, əgər valideynlərindən biri ölkədə qanuni olaraq ən azı 5 il yaşayırsa, Almaniya vətəndaşlığını ala biləcəklər.

Alman vətəndaşlığı üçün yazılı imtahan tələbi də miqrant işçilər üçün ləğv ediləcək.

Qanunun aprel ayından qüvvəyə minməsi gözlənilir.

 

 

0.011806964874268