ABŞ-də yük təyyarəsi havada alovlandı - VİDEO

ABŞ-də yük təyyarəsi havada alovlandı - VİDEO
 

ABŞ-də “Atlas Air” aviaşirkətinə məxsus “Boeing 747-8” yük təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra mühərrikindəki yanğına görə yerə enmək məcburiyyətində qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Belə ki, Puerto Rikoya uçmalı olan beş ekipajlı təyyarə Mayami Beynəlxalq Hava Limanından havaya qalxıb, lakin yüksəkliyə qalxdıqdan az sonra mühərriklərdən birində problem yaranıb.

Hava limanı media nümayəndəsi bildirib ki, ekipaj standart prosedurlara əməl edib və təyyarəni uçuş yerinə qaytarıb. O, ekipaj üzvlərindən heç birinin xəsarət almadığını qeyd edib.

Aviaşirkətin hadisə ilə bağlı daxili araşdırmaya başladığı bildirilir.

 

 

0.017987012863159